“Bu hadisə milyonda bir belə olmur “Şəki yaylası”nın direktoru

09.09.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən gün “Şəki yaylası” istirahət mərkəzində kanatın qırılması nəticəsində baş verən ölüm hadisəsi ilə bağlı mərkəzin direktoru Abbasət Məhərrəmov açıqlama verib.

Axşam.az xəbər verir ki, direktor “Shimal.News”a danışarkən hadisənin şokunda olduğunu bildirib.

“Bu hadisə milyonda bir belə olmur. Biz özümüz də şokdayıq. Bu, çox böyük faciədir. Açığı, hələ də nə deyəcəyimizi bilmirik. Hadisənin şokundan ayılmamışıq” deyə, direktor bildirib.

Onun sözlərinə görə, hadisənin başvermə səbəbi hava şəraitinin əlverişsiz olması da ola bilər.

“Bütün təhlükəsizlik yoxlamaları həyata keçirilmişdi. Hadisə baş verən gün isə hava şəraiti olduqca pis idi. Güclü külək və burulğan var idi. Hazırda hadisənin dəqiq hansı səbəbdən baş verdiyi araşdırılır. İstintaq və araşdırmaların nəticəsini gözləmək lazımdır” A.Məhərrəmov, qeyd edib.

Qeyd edək ki, ötən gün “Şəki yaylası” istirahət mərkəzində iki nəfər - 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov kanat trosunun qırılmasını nəticəsində ölüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью