Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır. Xəbər verdiyimiz kimi, Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər etməkdə ittiha
Məsələ ilə bağlı Tribunainfo.az-a danışan, təqsirləndirilən şəxsin sinif yoldaşı Günay Hüseynova onunla bağlı xatirələrini bölüşüb və səslən
Azyaşlı qıza qarşı qeyri-etik hərəkətlər etdiyi iddia olunur. Emin mənim sinif yoldaşım olub.
Bakı şəhəri-Laçın rayonu, 6 nömrəli orta məktəbdə paralel siniflərdə oxumuşuq.
15 ildir məzun olsaq da, həmişə əlaqə saxlayıb, insanlarla münasibətini kəsməyib.
O qədər tərbiyəli, mədəni, mərifətli, qanacaqlı və zəhmətkeş oğlandır ki, bu iddialara inanmaq çox çətindir”.
Günay Hüseynovanın sözlərinə görə, Emin Oruczadə çətin həyat şəraitində böyüsə də, həmişə ailəsinə və ətrafına qarşı məsuliyyətli davranıb: “Anası, rəhmətlik Firuzə müəllimə məktəbdə “zavuç” işləyirdi.
Çox yaxşı qadın idi. Biz 10-cu sinifdə oxuyanda beyin qanaxmasından qəfil dünyasını dəyişdi.