Bu hakim 40 aydan sonra ilk dəfə Fənər in oyununa təyinat aldı | Icma.az
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır. Türkiyə çempionatının 24-cü turunda ''Fənərbaxça'' ''Kasımpaşa''nı qəbul edəcək.
''Football-plus.az'' xəbər verir ki, Joze Mourinyonun komandası superliqada qələbə seriyasını 7 oyuna yüksəltməyə çalışacaq.
Bu arada federasiyanın bu matça təyin etdiyi hakim ''Fənər'' fanatları tərəfindən birmənalı qarşılanmayıb. Söhbət Əli Şansalandan gedir.
Belə ki, bu hakim təxminən 40 aydan sonra ilk dəfə ''sarı-lacivərdlilər''in oyununa təyinat alıb.
O sonuncu dəfə 2021-ci ilin oktyabrın 17-də ''Fənər''in səfərdə ''Trabzonspor''a qarşı oyununu idarə etmişdi.
Şansalan 23-cü dəqiqədə o dönəm İstanbul nəhənginin şərəfini qoruyan Kim Min Ceyə ikinci sarı vərəqəni göstərərək onu meydandan qovmuşdu.
Nəticədə həmin an hesabda öndə olan və uzun müddət azlıqda oynamaq məcburiyyətində qalan ''Fənər'' 3 top buraxaraq 1:3 hesabı ilə məğlub olmuşdu.
Qarşılaşmanın ardından ''Fənər'' cəbhəsi qiyamət qaldırmış və hakimə çox böyük etiraz etmişdi.
Tam oxu
Xəbəri oxu