Bu hakimin fəaliyyətinə xitam verildi

11.08.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verilib. Avtosfer.az “Qafqazinfo”ya istinadən məlumata görə, bu qərar xanım hakimin öz müraciəti əsasında qəbul olunub. A.Paşayeva ailə vəziyyəti ilə əlaqədar xarici ölkəyə köçəcəyini bildirib. Bu səbəbdən vəzifədən getmək üçün ərizə təqdim edib. Məhkəmə-Hüquq Şurası ərizəni təsdiqləyib.

Qeyd edək ki, Adilə Paşayeva həm də Sabunçu Rayon Məhkəməsinin spiker hakimi vəzifəsini icra edirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью