“Bu halda atəşkəs dərhal qüvvəyə minəcək”

05.10.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin hansı şəraitdə mümkün ola biləcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsində yazıb.

Tramp izah edib ki, HƏMAS ABŞ-nin şərtləri ilə razılaşarsa, atəşkəs mümkündür.

“HƏMAS İsrailin geri çəkilmə xətti ilə bağlı razılaşmanı təsdiqlədikdə, atəşkəs dərhal qüvvəyə minəcək, girov və əsirlərin mübadiləsinə başlanacaq”, - Amerika lideri vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью