Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır. "Bu məsələni Milli Məclisin Aqrar Komitəsinin sədrinə, İqtisadiyyat Nazirliyinə, Qid
Əvvəl dövlət məmurları buna cavab versin. Ölkədə effektiv kənd təsərrüfatı siyasəti həyata keçirilmir.
Heyvandarlıq sahələri son 10 ildə təzyiqlə vətəndaşlardan alınıb, pambıqçılığa verilib. Halbuki o da özünü doğrultmur.
Ölkəmizə Ukraynadan, Rusiyadan külli miqdarda ət daxil olurdu. Müharibələr və s. bunların qarşısını aldı.
Ölkədə heyvandarlığın yem bazası bərbad vəziyyətdədir. İldən-ilə yem bahalaşır.
Üstəlik heyvandarlıqla məşğul insanlar kənd təsərrüfatından imtina edir.
Heyvan yemi yetişdirmək üçün suvarma torpaqları müəyyən qrupların əlində birləşdirilib və effektiv suvarma sistemi yox dərəcəsindədir".Bu fikirləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib.O bildirib ki, ölkəyə hazırda Monqolustandan külli miqdarda ət daxil olur:"Bu yaxınlara qədər Ukraynadan da mal əti daxil olurdu.
Üstəlik heyvan bazarlarında satıcı-alıcı subyektindən başqa 3-cü bir subyekt olan alverçilər subyekti də meydana çıxıb.