Bu halda işçiyə əlavə pul düşür Hamı bilmir!

18.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

İşçilərin sayı və ya ştatlar ixtisar edildikdə işəgötürən onların hüquqlarını təmin etməli, əvvəlcədən xəbərdarlıq etməli və qanunvericilikdə nəzərdə tutulan məbləğdə işdənçıxarma müavinəti ödəməlidir.

“Yeni Sabah” xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində əksini tapıb.

Məcəlləyə əsasən, işçilərin sayı azaldıldıqda və ya ştatlar ixtisar olunduqda əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi rəsmi qaydada xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti işçinin həmin işəgötürəndəki əmək stajından asılı olaraq müəyyənləşdirilir. Məişət texnikası

Belə ki, bir ilədək əmək stajı olan işçilər azı iki həftə, bir ildən beş ilədək stajı olanlar azı dörd həftə, beş ildən on ilədək stajı olanlar azı altı həftə, on ildən artıq stajı olanlar isə azı doqquz həftə əvvəl xəbərdar edilməlidirlər.

Xəbərdarlıq müddəti ərzində işçiyə hər iş həftəsində azı bir iş günü iş axtarmaq üçün əmək funksiyasını yerinə yetirməkdən azad olunmaq hüququ verilir. Bu müddətdə onun əməkhaqqı tam həcmdə saxlanılır.

Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə əmək müqaviləsinə xitam verilən işçilərə işdənçıxarma müavinəti də ödənilməlidir. Müavinətin məbləği işçinin həmin işəgötürəndəki əmək stajına uyğun hesablanır.

Belə ki, bir ilədək stajı olan işçiyə orta aylıq əməkhaqqının azı bir misli, bir ildən beş ilədək stajı olanlara 1,4 misli, beş ildən on ilədək stajı olanlara 1,7 misli, on ildən artıq stajı olanlara isə iki misli həcmində müavinət verilməlidir.

Bununla yanaşı, işçinin razılığı olduqda xəbərdarlıq müddəti əvəzinə həmin müddətə uyğun əməkhaqqı birdəfəlik ödənilə bilər. Xəbərdarlıq müddəti başa çatmamış əmək müqaviləsinə xitam verilərsə, bu ödəniş müddətin istifadə olunmamış hissəsinə mütənasib şəkildə azaldılır.

Qeyd edək ki, kollektiv müqavilələrdə və əmək müqavilələrində qanunvericilikdə nəzərdə tutulan məbləğlərdən daha yüksək ödənişlərin müəyyənləşdirilməsi mümkündür.

Əmək Məcəlləsinin 77-ci maddəsində müddətli həqiqi hərbi xidmətə çağırılan işçilərlə bağlı təminatlar da nəzərdə tutulub. Belə ki, işçinin hərbi xidmətdə olduğu müddətdə əvvəlki iş yeri və vəzifəsi saxlanılır. Müəssisənin ləğvi və fiziki şəxs olan işəgötürənin vergi uçotundan çıxması halları istisnadır.

Hərbi xidmətdən buraxılan işçi isə ən geci 60 təqvim günü ərzində əvvəlki və ya ona bərabər vəzifəyə qayıtmaq hüququna malikdir.

Qanunvericiliklə müəyyən edilən bu təminatlara əməl olunmasına əmək münasibətləri sahəsində səlahiyyətli qurumlar, o cümlədən Dövlət Əmək Müfəttişliyi Xidməti nəzarət edir.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью