“Bu halda klubdakı son ilim olacaq...”

26.11.2024

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüyne “vətəndaşlar”la müqaviləsini uzatmaq imkanlarından danışıb.

“Qafqazinfo” bu barədə “The İndependent” nəşrinə istinadən xəbər verir.

“Mövsümün əvvəlində danışıqların olacağını bilirdim, lakin sonra “Brentford”la oyunda zədələndim. Müqaviləmlə bağlı danışıqlar olmalıdır. Əgər olmasa, bu mənim klubdakı son ilim olacaq. Dürüst olmağa çalışıram. Mən sadəcə yaxşı futbol oynamaq istəyirəm və gələcəyin nə gətirəcəyini birlikdə görəcəyik”, - Kevin mətbuat konfransında deyib.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2015-ci ildən “Mançester Siti”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 391 matçda iştirak edib, 103 qol vurub, 171 məhsuldar ötürmə edib. Belçikalı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью