Bu halda maşına görə gömrük rüsumu ödənilmir | Icma.az
Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır. Ölkəyə xaricdən maşın gətirilməsində əsas məqamın gömrük ödənişləri ilə bağlı olduğ
Belə ki, bir çox halda “xaricdən almaq ucuz başa gəlir” deyə alınan minik avtomobillərinin yekun qiyməti məhz gömrük rəsmiləşdirilməsi zaman
Bəs qanunla ölkəyə avtomobil idxal olunan zaman hansı ödənişlər edilməlidir?
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qanunvericiliyə görə, ölkəyə avtomobil gətirilərkən aşağıdakı ödənişlər olunmalıdır:İdxal gömrük rüsumu - yeni və ya işlənmiş olmasından, daxili yanma mühərrikinin həcmindən asılı olaraq hər santimetrə görə 0,4-1,2 ABŞ dollarına, elektrik mühərrikli olanlarda isə gömrük dəyərinin 15 faizinə bərabərdir.
Əlavə dəyər vergisi - gömrük dəyərinin üzərinə digər ödənişlər də əlavə edildikdən sonra alınan göstəricininin 18 faizi.Aksiz vergisi - 600 manatdan başlayır, mühərrikin həcmindən, avtomobilin istismar müddətindən, həmçinin mühərrikinin benzin və dizel olmasından asılı olaraq dəyişir.
Utilizasiya haqqı - ölkəyə gətirilən minik avtomobilinin yaşı 4-7 il arasındadırsa, 400 manat, 7 il və daha çox olarsa, 700 manat təşkil edir.
Vəsiqə haqqı - 30 manatGömrük yığımları - gömrük dəyərindən asılı olaraq 15 manatdan 1000 manatadək dəyişir.Gömrük ekspertizasının aparılmasına görə gömrük yığımı - 30 manatElektron gömrük xidmət haqqı - 30 manat Elektron gömrük xidməti üzrə əlavə dəyər vergisi - 5,4 manatStandartlara uyğunluğa dair verilən verilən sertifikat üçün dövlət rüsumu – 30 manatBu ödənişlər əsasında aparılan hesablamaya görə, hər hansı bir Avropa ölkəsindən 20 min ABŞ dollarına alınıb 1000 dollar da Azərbaycana gətirilərkən xərclənən 2500 kubsantimetrlik dizel mühərrikə malik 2015-ci ilin istehsalı olan minik avtomobili üçün 18 min 881,8 manat cəmi gömrük ödənişləri etmək lazımdır.
Bu avtomobilin mühərriki benzin olarsa, gömrük ödənişlərinin cəmi 1097,4 manat daha az - 17 min 784,4 manat təşkil edəcək.
Tam oxu
Xəbəri oxu