“Bu halda məğlub olacağıq” Zelenski

21.11.2024

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin hərbi yardımı dayandırılacağı təqdirdə ölkəsinin münaqişədə məğlub olacağına əminliyini ifadə edib.

Bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.

“Əgər yardım azaldılarsa, düşünürəm ki, biz məğlub olacağıq. Əlbəttə ki, biz yenə də döyüşəcəyik, öz istehsalımız var, lakin qalib gəlmək və sağ qalmaq üçün bu kifayət deyil”, - deyə dövlət başçısı qeyd edib. /Cebheinfo.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью