Bu halda məğlubiyyəti qəbul edəcəyəm Tramp

05.11.2024

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp prezident seçkilərinin ədalətli keçiriləcəyi təqdirdə məğlubiyyətini etiraf edəcəyini bildirib.

Redaktor.az xəbər verir ki, o, bu sözləri səs verdikdən sonra deyib.

Tramp, uduzacağı təqdirdə seçicilərini zorakılıqdan çəkinməyə çağırmayacağını da qeyd edib. Onun sözlərinə görə, seçiciləri zorakı insanlar deyillər.

Qeyd edək ki, ABŞ-də eyni vaxtda prezident, qubernator, Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün üzvlərinin seçkiləri keçirilir.

Türkan İSGƏNDƏRLİ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью