Bu halda prezidentliyə namizəd olacaq Culani ŞƏRTİNİ AÇIQLADI | Icma.az
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq. Suriyada hakimiyyətə gələn silahlı müxalifətin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Cula
Publika.az xəbər verir ki, bu barədə "Al Araby" telekanalı məlumat yayıb.
“Əgər vətəndaşlar və ya ətrafımdakı insanlar bunu istəsə, mən Suriya Respublikasının prezidentliyinə namizədliyimi irəli sürəcəyəm”, - deyə o bildirib.
Suriyada siyasi vəziyyət noyabrın sonunda yerli müxalifətin silahlı qruplaşmalarının güclənməsi səbəbindən daha da gərginləşib.
Dekabrın 8-nə keçən gecə onlar respublikanın paytaxtı Dəməşqə nəzarəti ələ keçirdilər.
Eyni zamanda, ölkə ordusunun komandanlığı ölkə prezidenti Bəşər Əsədin hakimiyyətinin başa çatdığını elan edib .
Hazırda Əsəd və ailə üzvləri Moskvadadır. Burada onlara sığınacaq verilib.
Hüseyn İbadlı Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu