Bu halda Türkiyə ilə sərhəd açılmayacaq Adamyan

21.10.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın dəmir yolları Rusiyanın idarəçiliyində qalsa, bu, “Tramp marşrutu”na da mane ola bilər.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının siyasi şurasının üzvü Anahit Adamyan deyib.

O hesab edir ki, ölkənin dəmir yolu Rusiya idarəçiliyində qalsa, proses sürünə-sürünə davam edəcək:

“Rusiyanın Ermənistan üzərində hansı təsir rıçaqları var? Lars sərhəd-keçid məntəqəsi - istədiyi vaxt bağlayıb aça, kənd təsərrüfatı məhsullarında nə desən, aşkarlaya bilər. Artıq bundan istifadə edirlər. İstifadə etmədiyi yalnız bir rıçaq qalır - qaz. Dəmir yolunu və Atom Elektrik Stansiyasını qurban verməklə Rusiyaya siyasi terror üçün daha bir alət veririk. Rusiyanın qaydaları ilə oynasaq, dəmir yolumuz heç kimə lazım olmayacaq”.

Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinə toxunan Adamyan bildirib: “Rusiya sərhədçiləri Ermənistan ərazisində olduğu müddətdə Türkiyə ilə sərhəd açılmayacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью