Bu hallar münasibətinizin bitəcəyinə işarədir

18.11.2025

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Psixoloq Silviya Sintrano münasibətlərdə yaxın zamanda baş verə biləcək ayrılığı müəyyən edən bir neçə əlamətin olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, o bu barədə "Hola" nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, tərəflərin bir müddət ayrı qaldıqda özlərini yüngülləşmiş hiss etmələri münasibətdə problemlərin dərinləşdiyini göstərir. Cütlükdə bağlılığın və ünsiyyətin azalması da narahatedici siqnal sayılır.

Bundan başqa, Sintrano qeyd edib ki, ümumi planların olmaması, getdikcə artan və həll olunmayan münaqişələr, eləcə də tərəflərin müəyyən mövzularda barışmaz mövqeyə sahib olması vəziyyəti daha da gərginləşdirir.

Sonda psixoloq bildirib ki, yeni həyat haqqında fantaziyaların çoxalması və insanın mövcud problemləri həll etməyə daha çox enerji sərf etmək istəməməsi də ayrılığın yaxınlaşdığına işarə ola bilər.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью