Bu hallarda limondan uzaq DAYANMALISINIZ

23.01.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bəzi xəstəliklər zamanı limon istehlakından çəkinmək tövsiyə olunur.

Redaktor.az xəbər verir ki, bu barədə həkim-qastroenteroloq Olqa Çistik life.ru-ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, qastrit, mədə xorası, reflüks, tonzillit kimi xəstəliklər zamanı limon yemək məsləhət görülmür. Bundan əlavə, dişlərin həssaslığı olan şəxslər və allergik reaksiyalara meyilli insanlar da bu məhsuldan uzaq durmalıdırlar.

Həkim vurğulayıb ki, bu hallarda limon sağlamlıq üçün əlavə problemlər yarada bilər və qidalanma zamanı fərdi xüsusiyyətlər mütləq nəzərə alınmalıdır.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью