Bu haqda danışmaq istəmirəm

26.04.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Bilindiyi kimi, AFFA Məşqçilər Komitəsinin üzvü Əsgər Abdullayev Moldovadan yenicə qayıdıb. Təcrübəli mütəxəssis Kişinyovda keçirilən və Azərbaycanın U-17 millisinin də iştirak etdiyi UEFA İnkişaf Turnirinin oyunlarını izləyib. Yığmamız turnirdə Moldovaya (0:1), Estoniyaya (1:2) hesabıyla məğlub olsa da, Gürcüstana minimal fərqlə qalib gəlməyi (1:0) bacarıb.
Bu komandanın perspektivi, istedadlı yeniyetirmələrimiz varmı? Bu sualı Əsgər bəyə ünvanladıq:
“İstedadlı uşaqlarımız var. Allah qoysa bunu gələcək göstərəcək. Meydanda bir yerdə olmayıblar. Fərdi üstünlükləri var. Komanda şəklində oynamaq lazımdı. Futbolçular bir-birinə tam uyğunlaşmayıb”.
Yeri gəlmişkən, dünən “İmişli” elitaya vəsiqəni rəsmiləşdirdi. Komanda yola bu hədəflə çıxanda siz də vardız. Bu uğuru necə qiymətləndirirsiz? Sizin də bunda əməyiniz varmı? “Football-plus.az” bu sualları da Əsgər bəyə ünvanladı. Cavabı qısa oldu: “Bu haqda danışmaq istəmirəm. Komandanı təbrik edir, gələcəkdə uğurlar arzulayıram”.
ƏSƏD SEYİDOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью