Bu haqda klubdan geniş açıqlama veriləcək Ayxan Abbasov

09.12.2024

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 16-cı turunda qarşılaşdıqları “Turan Tovuz”la oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, o, 2:3 hesabı ilə uduzduqları matç barədə fikirlərini belə bölüşüb:

"Üzücü məğlubiyyət oldu. Oyunu iki hissəyə bölmək olardı. İlk yarıda daha yaxşı oynamışdıq, qollar vurmuşduq, əlavə epizodlarımız olmuşdu. İkinci hissə fərqli alındı. Komandamdan əzmkarlığa görə razıyam. Düzdür, son dəqiqələrdə qollar buraxmağımız təəssüf doğurur. Futbolçular belə oyunlarla inkişaf edir, təcrübə toplayırlar. Həm Şamaxıda, həm də bu gün son dəqiqədə top buraxıb xal və xallar itirməyimizi elə təcrübəsizliklə əlaqələndirərdim.
Bəli, iki futbolçu bizdən ayrıldı. Daha doğrusu, klub onlarla yolları ayırdı. Əlavə nəsə demək istəmirəm. Bu haqda klubdan geniş açıqlama veriləcək".

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью