Bu hava limanında 28 reys təxirə salınıb

02.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Samara şəhərindəki "Kurumoch" aeroportunda PUA təhlükəsi səbəbindən uçuşlara müvəqqəti məhdudiyyət qoyulub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, məhdudiyyətlər üzündən 16 reysin uçuşu, 12-sinin isə enişi təxirə salınıb, bir reys ləğv edilib. Gecikmələr Moskva, Sankt-Peterburq, Soçi, Kazan, Antalya, Minsk və Şarm əş-Şeyx istiqamətlərinə şamil olunub.

Aeroport rəhbərliyi sərnişinlərə lazımi xidmətlərin göstərildiyini bildirib.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью