Bu həblər xərçəng yaradır Ekspertdən xəbərdarlıq

10.06.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Arıqlama çayları və kapsullar əsasən kommersiya məqsədi ilə biznes maraqları çərçivəsində istehsal olunan məhsullardır. İstehlakçıları inandırmaq üçün isə çox vaxt onların “bitki mənşəli” olduğu vurğulanır. Bitki mənşəli məhsullara “orqanik və zərərsiz” kimi yanaşmaq düzgün deyil. Hər bir məhsulun keyfiyyəti və təhlükəsizliyi müvafiq sertifikatlar və nəzarət mexanizmləri ilə təsdiqlənməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova arıqlama çayları və həblərin sağlamlığımıza yarada biləcəyi risklər barədə danışarkən deyib.

Onun sözlərinə görə, bitki mənşəli arıqlama çaylarında istifadə orqanizmin təbii prosesinə süni müdaxilə deməkdir və belə süni təsirlər müəyyən fəsadlarla nəticələnir:

“Çünki bu cür məhsullar bəzən maddələr mübadiləsini sürətləndirir, süni şəkildə ishal və qusma yaradır. Nəticədə orqanizmdən vitamin və minerallar itir, bağırsaq mikroflorası pozulur. Bu da immun sisteminin zəifləməsinə, qan azlığına, vitamin və mineral çatışmazlığı nəticəsində orqanların normal fəaliyyətinin pozulmasına və hətta autoimmun xəstəliklərə təsir edə bilər. Nəzarətsiz istifadə isə vəziyyəti daha da ağırlaşdırır. Belə hallarda anoreksiya, vitamin-mineral çatışmazlığı, saç tökülməsi, dırnaq qırılması, dəri problemləri və daxili orqanların funksiyasının pozulması kimi ciddi fəsadlar yarana bilər. Ona görə də bu kimi məhsullardan istifadə etməkdən çəkinmək lazımdır”.

Ekspert xüsusilə gənc xanımlara, eləcə də ana olmamışdan əvvəl belə məhsullardan istifadə etməməyi tövsiyə edir:

“Bu cür məhsullar gələcəkdə uşağın sağlamlıq probleminə və onun xəstə doğulmasına gətirib çıxara bilər. Uzunmüddətli və nəzarətsiz istifadə isə xərçəng, diabet və hətta mədəaltı vəzinin funksiyasının pozulması kimi ciddi sağlamlıq fəsadlarına da səbəb ola bilər, çünki orqanizmə süni müdaxilələr zərərlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью