Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Sosial şəbəkə təhlükəsizliyi üçün ilk növbədə öz hesablarımızın təhlükəsizliyini artırmalıyıq".
Bu sözləri SİA-ya açıqlamasında “Technogen MMC” və “DevCenter MMC” şirkətinin təsisçisi, “Aral” Şirkətlər Qrupunun İnformasiya Texnologiyaları Departamentinin direktoru Fərrux Rəcəbli deyib.
O bildirib ki, çünki hesablar oğurlana, başqaları tərəfindən ələ keçirilə bilir: "Hesabların təhlükəsizliyini artırmalıyıq, bunun üçün müxtəlif metodlar var.
Bunlardan ən çox yayılanı iki faktorlu təsdiqləmədir. Bu, barmaq izi, hansısa e-mail üzərindən təsdiqləmə ola bilər.
Yaxud da, mobil nömrə üzərindən gələn kod təsdiqləməsi ola bilər.
Hər bir halda iki addımlı təsdiqləməni mütləq şəkildə sosial şəbəkə hesablarımızda tətbiq etmək lazımdır.
Çünki əgər hesablar oğurlanarsa, bir neçə məqsəd olur. Bunlardan ən başlıcası odur ki, hesablar oğurlandıqdan sonra həmin şəxslər adından iz