Bu, heç bir qonorar qarşılığında mümkün deyil

13.05.2025

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müğənni Sevil və Sevinc Səfərova bacıları "Afaqla onlar" verilişində qonaq olublar.

Axşam.az xəbər verir ki, ifaçılar səhənədə özlərinə qoyduqları qadağaları açıqlayıblar:

"Məclislərə dəvət olunarkən endirim mövzusu olmur. Bu, kartof-soğan, alış-veriş deyil ki, endirim edilsin. Bəlli bir məbləğ var. Hansısa insan o pulu verirsə, o zaman başqasına ucuz gedirsəmsə, hörmətsizlik edirəm. Əgər həqiqətən də imkanı çatmır, lakin çox istəyirlər ki, balalarının xeyir işində iştirak edək, o zaman endirim etmədən, hədiyyə kimi gedərik. Ümumiyyətlə endirim etmirik. Pis başa düşürlər, amma gəldiyimiz ilk gündən kişi məclisində çıxış etməmişik. Bu qaydalar ilk gündən qoyulub. Və heç vaxt kabinetlərdə çıxış etmirik. O mənim rəfiqəm, dostum olsa, belə səhnə almayacağıq. Bu, heç bir qonorar qarşılığında mümkün deyil. Bəy olsaydım, hər yerə can atardım. Xanımıq deyə, istər-istəməz özümüzü qorumalıyıq. Hər bir insanın tərbiyəsi var. Gedənlərə də hörmətimiz var" deyə, Sevinc bildirib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью