Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu həftə UEFA Gənclər Liqasının ikinci mərhələsində “Qarabağ” U-19 – “Dinamo” (Zaqreb) U-19 matçı keçiriləcək.
QOL.az xəbər verir ki, oyun oktyabrın 28-də "Azərsun Arena"da təşkil olunacaq və yerli vaxtla saat 15:30-da başlanacaq.
Matçın biletləri bu gün saat 14:00-dan etibarən iTicket.az vasitəsilə onlayn şəkildə satışda olacaq. Biletlərin qiyməti 3 manatdır.
Bu cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr" cütünün qalibi ilə üz-üzə gələcək.
"Sabah" və "Qarabağ"
Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası Yerli çempionlar yolu xətti ilə bu turnirdə iştirak edir. "Sabah"ın U-19 komandası isə Çempionlar Liqası yolu ilə turnirdə mübarizə aparır.
Yerli çempionlar yolu xətti ilə yarışda mübarizə aparan komanda (indiki halda "Qarabağ") turnirin 1/16 final mərhələsinə yüksəlmək üçün iki mərhələ keçməlidir. Həmin mərhələdə Çempionlar Liqası yolunda ilk 22 yeri tutan komanda da yarışacaq.