BU HƏFTƏ UKRAYNADA MÜHARİBƏ BİTƏ BİLƏR Plan açıqlanır... | Icma.az
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Uitkoff Putinlə görüşə gedir, Kiyevdən cavab gözlənilir…Belə görünür ki, ABŞ administrasiyası artıq bu həftə ya Ukraynada tam atəşkəsə nail olmaq, ya da “əllərini yuyub”, bu mövzudan uzaqlaşmaq niyyətindədir.
Hər halda, Donald Tramp və ətrafının verdiyi son bəyanatlar, bu həftə ərzində keçiriləcək vacib görüşlər və Qərb mətbuatının yazdıqları belə bir qənaətə gəlməyə əsas verir.
“AzPolitika” xəbər verir ki, “Wall Street Journal”-ın yazdığına görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff bu həftə Londonda Ukrayna hökumətinin nümayəndələrinin də iştirak edəcəyi danışıqlardan sonra yenidən Rusiyaya, Putinlə görüşə gedəcək.
Londonda keçiriləcək görüşdə Uitkoffdan başqa ABŞ Dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq da olacaq.
Məsləhətləşmələrdən sonra Vaşinqtonun, Avropanın və Kiyevin mövqeləri üst-üstə düşərsə, Uitkoff Rusiyaya səfər edəcək.Nəşr qeyd edir ki, Londonda keçiriləcək görüşdə ABŞ-nin təklifləri müzakirə ediləcək və “potensial variantların siyahısı”na baxılacaq.
Uitkoff son üç ay ərzində Rusiyada iki dəfə Vladimir Putinlə görüşüb.
Aprelin 11-də keçirilən görüşdən sonra Ağ Evin mətbuat katibi Karolin Levitt bəyan edib ki, ABŞ administrasiyasının sülh yolu ilə nizamlanmaya nail olmaq üçün təzyiq alətləri var və onlardan istifadə etmək niyyətindədir.
Tam oxu
Xəbəri oxu