Bu həftə universitetlərdə dərslər ONLAYN olacaq

21.09.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) və Bakı Ali Neft Məktəbində (BANM) bu həftə dərslər onlayn rejimdə keçiriləcək.

Bu barədə "Yeni Sabah"a verilən məlumata görə, qərar Formula 1 Bakı Qran Prisi ilə əlaqədar qəbul edilib.

Belə ki, yarışla əlaqədar Bakıda bir sıra ərazilərdə hərəkət məhdudiyyətlərinin tətbiq olunması nəzərə alınaraq, universitetlərdə tədrisin onlayn formatda təşkilinə qərar verilib. pizza sifarişi

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью