Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Astroloji proqnozlara görə, sentyabrın 7-dən 13-dək bəzi bürclər üçün daha uğurlu və pozitiv keçəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu həftə xüsusilə Şir, Tərəzi və Oxatan bürcləri üçün xoş sürprizlər və yeni imkanlarla yadda qala bilər.
Şir bürcünü sevindirici xəbərlər gözləyir. İş və maliyyə məsələlərində müsbət irəliləyişlər, şəxsi həyatda isə gözlənilməz görüş və ya xoş söhbət gündəmə gələ bilər.
Tərəzi bürcləri üçün həftə yeni başlanğıclarla xarakterizə olunacaq. Uzun müddətdir gözlədikləri bir məsələnin müsbət nəticələnməsi onların əhvalını yüksəldə bilər.
Oxatan bürcləri isə enerjili və şanslı günlər keçirə bilərlər. Yeni təklif, səyahət planı və ya maddi baxımdan faydalı fürsət onların üzünü güldürə bilər.
Murad İsmayıl