Bu həftədən tətil başlayır Ardıcıl 4 gün iş olmayacaq

03.11.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Bu həftəsonundan başlayaraq Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq.

"Unikal" xəbər verir ki, 8 Noyabr - Zəfər Günü şənbə, 9 Noyabr Dövlət Bayrağı Günü isə bazar gününə təsadüf edir.

Qanunvericiliyə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bununla da, noyabrın 8, 9, 10 və 11-i qeyri-iş günləri hesab olunacaq.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью