Bu həftənin sonuna doğru İrana qarşı... Tramp

19.05.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə, hətta bu həftənin sonuna doğru İrana qarşı yeni hərbi əməliyyatların başlaya biləcəyini istisna etməyib.
Məlumata görə, Ağ Ev rəhbəri çıxışında mümkün hərbi addımların vaxtı barədə konkret günlər də qeyd edib və bunun “cümə, şənbə, bazar və ya gələn həftənin əvvəli” ola biləcəyini deyib.
O, eyni zamanda ABŞ-nin İrana nüvə silahı əldə etməsinə heç bir halda imkan verməyəcəyini bir daha vurğulayıb.
Bəzi media iddialarına əsasən, "The New York Times" ABŞ və İsrailin regionda hərbi hazırlıqları artırdığı və mümkün əməliyyatlara hazırlaşdığı barədə məlumat yayıb.
Qeyd olunur ki, tərəflər əvvəlki gərginlikdən sonra müvəqqəti sakitlik dövrünə keçsə də, diplomatik danışıqlarda yekun razılaşma əldə olunmayıb.
Leyla
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью