Bu həm ABŞ, həm də Avropa üçün pis olacaq

03.02.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

"Avropa İttifaqı (Aİ) ABŞ-dən mümkün tariflərə cavab vermək üçün kifayət qədər güclüdür, lakin məqsəd ticarət tərəfdaşları arasında əməkdaşlıq olmalıdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolz bildirib.

"Biz əlbəttə ki, Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq haqqında da fəal şəkildə danışacağıq. Həm ABŞ, həm də Avropa mal və xidmətlərin mübadiləsindən faydalanacaq. Gömrük siyasəti bunu çətinləşdirirsə, bu həm ABŞ, həm də Avropa üçün pis olacaq", - deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью