Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
“Dövlət qulluqçuları Azərbaycan cəmiyyətinin ən vacib funksiyasını yerinə yetirən insanlardır. Ona görə də onların peşə bayramı, əslində, həm də bir məsuliyyət bayramıdır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
Deputatın sözlərinə görə, dövlət qulluqçularının həm vəzifələrini hüquqa əsasən yerinə yetirməsi, həm də onların hüquqlarının qorunması istiqamətində qanunvericilikdə kifayət qədər müddəalar nəzərdə tutulub: “Bu istiqamətdə onların dəstəklənməsi çox önəmlidir və dövlət qulluqçularına olan diqqət, qayğı da hər zaman yüksək səviyyədə olmalıdır ki, onlar da vətəndaşa yönəlik funksiyalarını lazımi səviyyədə yerinə yetirə bilsinlər”.
Röya İsrafilova