Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır. Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ortaq himni hazırlanacaq.
Sfera.az xəbər verir ki, bu barədə layihəyə rəhbərlik edənlərdən biri professor Erhan Özden deyib.
O bildirib ki, marş yaxın gələcəkdə hazırlana bilər: “Bəstəkar üzv dövlətlərin ümumi rəyi ilə seçiləcək.
Sözlər isə elə seçiləcək ki, hər kəs başa düşsün”. Özdenin sözlərinə görə, himndə türk xalqlarının özəllikləri özünəməxsus söz və musiqi ilə
Həmçinin bildirilib ki, qarşıdakı illərdə türk xalqlarının ortaq lüğətinin hazırlanması da gözlənilir.
Bununla bağlı saytımıza açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, bundan əvvəl TDT ölkələrinin ortaq əlifbası hazırlanıb.
O qeyd edib ki, TDT ölkələrinin ortaq himninin hazırlanması əhəmiyyətli təşəbbüsdür: “Bu, hər şeydən əvvəl TDT ölkələri arasında əməkdaşlığın, inteqrasiyasının dərinləşməsinə kömək edəcək.
Himn hər bir dövlətin əsas atributlarından biridir. Himnlərdə adətən dövlətlərin ideologiyaları ifadə olunur.