Bu, həmin ölkənin tarixində biabırçı səhifədir

09.09.2025

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Latviyanın 841 Rusiya vətəndaşını ölkədən çıxarmaq planları neonasizmin dəhşətli nümunəsidir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Bu, neonasizmdən başqa adı olmayan bir şeyin dəhşətli nümunəsidir. Çünki milli mənsubiyyətə görə, o cümlədən rus dilini və rus mədəniyyətini bilən insanları qorxutmaq üçün heç bir hüquqi əsas olmadan, mənəviyyat və etikaya zidd olaraq əhalinin ərazidən çıxarılması üçün tədbirlər görülür", - o bildirib.

Zaxarova bildirib ki, bu proses uzun illərdir ki, davam edir: "Biz hər dəfə, demək olar ki, hər bir halda beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların diqqətini çəkirik. Bu, həmin ölkənin tarixində biabırçı səhifədir. Bu, Qərbi Avropa birliyinin tarixində biabırçı , əsas mövzusu insan hüquqları və humanitar aspekt olan beynəlxalq təşkilatların salnaməsində biabırçı səhifədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью