“Bu, hər kəsin gözlədiyindən daha tez baş verdi”

14.01.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Demarkasiya üzrə komissiyalar öz işini davam etdirir”.

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda təhlükəsizliyə dair forumda çıxış edərkən deyib. 

“Biz əvvəllər təsəvvür edə biləcəyimizdən daha sürətlə irəliləyirik. Çünki Vaşinqton Bəyannaməsində Ermənistan üçün regional kanalların açılmasını, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsini qeyd edərkən, Ermənistanın dünya ilə dəmir yolu əlaqəsi əldə edəcəyini güman edirdik və bu, baş verdi. Düşünürəm ki, bu, Ermənistanın və beynəlxalq ictimaiyyətinin gözlədiyindən daha tez oldu”, - Paşinyan bildirib. 

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət də hər kəsin gözlədiyindən daha tez reallığa çevrildi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью