Bu hərbçilər həkim komissiyasının müayinəsinə GÖNDƏRİLMƏYƏCƏKLƏR

10.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılmaya təqdim olunanlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью