Bu hərbi qulluqçuların xidmət müddəti azaldılacaq

20.02.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik layihəsi müzakirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, deputat Arzu Nağıyevın sözlərinə görə, layihənin məqsədi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi qulluqçuların xidmətə uyğunlaşmasını asanlaşdırmaqdır.

Qanuna təklif edilən dəyişikliklə qadınların ilkin üç illik bağlaşma müddəti altı aya endiriləcək. Bu, onların hərbi xidmətə adaptasiyasını asanlaşdıracaq, vaxtından əvvəl tərxis olunmaların qarşısını alacaq və kadr sabitliyini təmin edəcək.

Qanun layihəsi “Hərbi xidmət keçmə haqqında” Əsasnamə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda müvafiq dəyişiklikləri nəzərdə tutur.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью