Bu hərəkətə görə baş məşqçilər meydandan qovuldular VİDEO

30.11.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Şamaxı” – “Sumqayıt” matçının (1:2) sonlarında ara qarışıb.

"Unikal" xəbər verir ki, qonaqların bərabərlik qolundan sonra “Sumqayıt”ın serbiyalı çalışdırıcısı Saşa İliç meydan sahiblərinin məşqçilər heyətinə tərəf qaçıb, qeyri-etik jest edib. Buna etiraz edən “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə bunu görərək, onun üstünə şığıyıb. 

Oyunun baş hakimi Tural Qurbanov hər iki baş məşqçiyə qırmızı vərəqə göstərib, texniki zonadan qovub.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью