Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Braziliya 3-cü Liqasında keçirilən “İtabaiana” – “Caxias” matçında gözlənilməz an yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşma zamanı meydana daxil olan komanda həkiminin hərəkətləri oyunun özündən daha çox diqqət çəkib.
Matçda “Caxias” 2:0 hesabı ilə qalib gəlib. Lakin qarşılaşmanın yadda qalan məqamlarından biri ev sahibi komandanın həkiminin meydana daxil olduğu an olub.
Görüşün 36-cı dəqiqəsində “İtabaiana” futbolçularından biri zədələnib. Bundan sonra komanda həkimi tibbi çantası ilə birlikdə meydana daxil olaraq futbolçunun yanına doğru qaçıb. Onun qaçışı əfsanəvi atlet Useyn Boltla müqayisə olunub.
Həkimin yüksək sürətlə meydanı keçməsi və futbolçunun köməyinə çatmaq üçün göstərdiyi çeviklik tribunadakı azarkeşlərin diqqətindən yayınmayıb.
Bu anlar kameraya düşüb və qısa müddətdə sosial şəbəkələrdə yayılıb.