Bu hərəkətlər sizi bağırsaq xərçəngindən qoruyur | Icma.az
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fiziki aktivlik yalnız sağlam qalmaq üçün deyil, xərçənglə mübarizədə də mühüm rol oynaya bilər.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Yeni aparılan beynəlxalq araşdırma sübut edib ki, yoğun bağırsaq (kolon) xərçəngi müalicəsindən sonra tətbiq edilən idman proqramı xəstələrin sağ qalma şansını artırır və xəstəliyin geri qayıtmasının qarşısını alır.
Araşdırmada iştirak edən ölkələr - Kanada, Avstraliya, İngiltərə, İsrail və ABŞ - müxtəlif qruplarda xəstələri izləyib.
Bir qrup sadəcə maarifləndirici kitabça alarkən, digər qrupun hər bir üzvü bir məşqçi ilə işləyib.
Onlar 1 il boyunca iki həftədən bir, növbəti 2 ildə isə ayda bir dəfə məşqçi ilə görüşərək aktivliyini qoruyub.
Xəstələr əsasən həftədə bir neçə dəfə 45 dəqiqəlik gəzintiyə çıxıblar.
Nəticələr olduqca təsirlidir: 8 il sonra məşq proqramında iştirak edən xəstələr digərlərlə müqayisədə 28% daha az xərçəngə, 37% isə hər hansı səbəbdən ölümə məruz qalıb.
Tam oxu
Xəbəri oxu