Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ümumdünya Səhiyyə Təşkilatı və Orxus Universiteti (Danimarka) havanın çirklənməsinin insan həyatının uzunluğuna olan təsirini araşdırıblar.
"Rossiyskaya qazeta"-nın məlumatına görə 100 000 insanın iştirakı ilə keçirilən bu araşdırma göstərib ki, havası çirkli olan regionlarda yaşayan insanların həyatı orta hesabla 9-11 il qısala bilər.
Böyük maqistral yollarının və sənaye müəssisələrinin yanında yaşamaq xüsusilə ziyanlı sayılır.
Alimlər bunu ev, mənzil aldıqda mütləq nəzərə almağı tövsiyə edirlər.Saglamolun.Az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.