Icma.az, Qol.az saytına istinadən bildirir.
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Braziliya millisinin yarımmüdafiəçisi Kazemiro DÇ-2026-nın 1/16 finalında Yaponiyaya qarşı keçirdikləri oyundan danışıb.
QOL.az FİFA-nın saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2:1 hesablı qələbəni belə şərh edib:
“Motivasiyamız bizim əsas gücümüz idi. Biz dayanmadan hücumda rəqibə təzyiq göstərirdik. Endrik ikinci hissədə oyuna qoşulduqdan sonra bizə çox kömək etdi. Martinelli haqda da eyni sözləri deyə bilərəm. O da, Rafinyanı əvəzləyən Rayan da əla futbolçudur. Bu heyət dünya çempionu olmağa qadirdir”.
Qeyd edək ki, Braziliya millisi iyulun 5-də 1/8 finalda Kot-d’İvuar - Norveç cütünün qalibi ilə üz-üzə gələcək.