Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24.09.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, Skoulz bu barədə “Metro”ya danışıb.

“Bunu demək kədərlidir, amma “Mançester Yunayted” hazırda Premyer Liqanı qazanmaq üçün heyət toplamağa çalışan bir klub deyil.

Santos, Baleba – onlar bəlkə də fiziki cəhətdən gedənlərdən daha güclü oyunçular əldə etdilər. Santos “Çelsi”də 11 oyun keçirib və onlar onun üçün 50 milyon funt sterlinq ödəyiblər. Amma o, heyətə daxil deyil.

Baleba kömək edə bilər. Amma yenə də… Mövsümün əvvəlində seleksiya işi ilə məşğul olursunuzsa, çempionluğu qazana biləcək oyunçular axtarmalısınız. Və düşünürəm ki, onlar bundan çox uzaqdadırlar. Bu heyətlə çempionluq Ay qədər uzaqdır.

Onlar sadəcə Mayklın (Kerrik) ötən mövsüm qazandığı uğurları möhkəmləndirməyə çalışırlar – bu, ağlı çaşdırır. Maykl bu yay baş verən transferlərdən çox məyus olmalıdır. Düşünürəm ki, ürəyinin dərinliyində o, məyusluq hiss edir”, – Skoulz bildirib.

Hazırda “Mançester Yunayted” Premyer Liqa turnir cədvəlində 12-ci yerdədir.(publika)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью