Bu, heyrətamizdir! Orbandan sərt reaksiya

17.11.2025

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin korrupsiya qalmaqalının fonunda Ukraynaya maliyyə yardımının artırılması çağırışı Avropa İttifaqında ciddi mübahisələr yaradıb.

Globalinfo.az xəbər verir ki, məsələ ilə bağlı ən sərt reaksiyalardan biri Macarıstanın baş naziri Viktor Orbandan gəlib

Orban Avropa Komissiyasının mövqeyini kəskin tənqid edib:

“Bu, heyrətamizdir. Hərbi mafiyanın avropalı vergi ödəyicilərinin pullarını mənimsədiyi üzə çıxan bir vaxtda, Komissiya rəhbəri real nəzarət mexanizmləri və ya ödənişlərin dayandırılmasını tələb etmək əvəzinə, bizdən daha çox pul göndərməyimizi istəyir”, – deyə Orban bildirib.

Macarıstan lideri əlavə edib ki, ölkəsi sağlam düşüncəni qoruyur və bu cür tələbləri dəstəkləmək niyyətində deyil.

Tahir Turan
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью