Bu Hollivud ulduzlarının evləri külə döndü

09.01.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Kaliforniyada tüğyan edən böyük meşə yanğınları nəticəsində Hollivud məşhurlarının evləri külə dönüb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV yazıb. 

Dağılan evlər arasında Entoni Hopkins, Con Qudman, Paris Hilton, Miles Teller, Bill Kristal və digərlərinin evləri var.

Paris Hilton Malibudakı evinin yandığını canlı yayım zamanı öyrəndiyini bildirib. 

Oskar mükafatına namizəd olan aktyor Ceyms Vuds da tamamilə yanan evinin görüntülərini yayımlayıb.​​​​

Həmçinin qeyd olunub ki, yanğında Hollivud dağındakı məşhur yazı da yanıb. 

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью