Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Həm də Maskın Starlink sistemindən istifadə etmədən Ukrayna İlon Maskın Starlink və Starshield peyk rabitəsi sistemlərindən istifadə etmədən Krım körpüsünün mərkəzi aşırımını dağıtmaq məqsədilə mürəkkəb, kombinə edilmiş hərbi əməliyyat həyata keçirib. Britaniyanın nüfuzlu “The Times” qəzeti əməliyyatda iştirak etmiş ukraynalı zabitə istinadən yazır ki, bu hücum Ukraynanın təkcə hərbi deyil, həm də texnoloji imkanlarının nümayişinə çevrilib.
Adalet.az xəbər verir ki, bunu məşhur telejurnalist İbrahim Nəbioğlu deyib.
O, daha sonra bunları əlavə edib:
““Biz bu əməliyyatı Tramp, Putin və Si Cinpinin görüşü ərəfəsində Putinin zəifliyini nümayiş etdirmək üçün rəmzi bir addım kimi planlaşdırmışdıq», — deyə ukraynalı zabit qəzetə bildirib. Onun sözlərinə görə, Ukrayna hərbçiləri pilotsuz uçuş aparatları ilə raketlər arasında siqnalların ötürülməsi üçün öz rabitə sistemlərini yaradaraq ABŞ-nin Starlink və Starshield sistemlərindən istifadəyə son vaxtlar tətbiq etdiyi məhdudiyyətləri aşa biliblər. «Amerikalılar bu cür əməliyyatların həyata keçirilməsi üçün zəruri olan rabitə imkanlarımızı iflic etməyə çalışırdılar. Lakin bu əməliyyat sübut etdi ki, biz radio siqnallarının ötürülməsi üçün öz müstəqil rabitə kanallarımızı yarada bilirik. Tarixdə ilk dəfə olaraq bütün bu pilotsuz uçuş aparatlarından raketlərə videogörüntü ötürmək üçün istifadə etdik. Bunun sayəsində raketlər körpünün əvvəlcədən müəyyənləşdirilmiş nöqtələrini yüksək dəqiqliklə vura bildi. Biz Starlink olmadan da belə əməliyyatlar həyata keçirməyə qadir olduğumuzu göstərdik». “The Times” qəzetinin məlumatına görə, əməliyyatda raket bölmələri, «Madyarın quşları» adlı 7-ci Dərin Zərbələr Mərkəzinin yüksək ixtisaslı pilotsuz uçuş aparatı operatorları, Pilotsuz Sistemlər Qüvvələrinin 1-ci Əlahiddə Xüsusi Təyinatlı Briqadası, Ukrayna Təhlükəsizlik Xidməti (SBU), Hərbi Dəniz Qüvvələri və Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri iştirak ediblər. Hücumun hazırlanması bir neçə həftə davam edib. Əvvəlcə Ukrayna qüvvələri Rusiyanın hava hücumundan müdafiə sistemlərini, radiolokasiya stansiyalarını və radioelektron mübarizə vasitələrini ardıcıl şəkildə sıradan çıxarıblar”.
İ.Nəbioğlunun sözlərinə görə, ardınca yüzlərlə pilotsuz uçuş aparatı Rusiya hava hücumundan müdafiə sistemlərini həddindən artıq yükləyərək onların effektiv fəaliyyətini çətinləşdirib:
“Bundan sonra körpüyə Ukrayna istehsalı olan «Flaminqo» və «Neptun» qanadlı raketləri, eləcə də «Palyanitsya» raket-dronları ilə zərbələr endirilib. Hücum nəticəsində avtomobil körpüsünün 227 metr uzunluğundakı mərkəzi aşırımı çöküb, dağıntılar isə Azov dənizi ilə Qara dəniz arasındakı gəmiçilik kanalını bağlayıb. Beləliklə, Ukrayna Rusiyanın ən güclü mühafizə olunan strateji obyektlərindən birinə zərbə endirməklə kifayətlənməyib, həm də ABŞ-nin peyk rabitəsi infrastrukturundan asılı olmadan yüksək dəqiqlikli, mürəkkəb və kombinə edilmiş hərbi əməliyyatlar həyata keçirmək imkanına malik olduğunu nümayiş etdirib”.
Vasif ƏLİHÜSEYN