Bu içkilər sağlamlıq üçün risklidir

18.06.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dietoloq Andrea Urizar bəzi məşhur içkilərin sağlamlıq üçün risk yarada biləcəyi barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, həkim bu haqda life.ru-ya danışıb.

Onun sözlərinə görə, enerji içkiləri və "şəkərsiz" və ya "sıfır şəkər" kimi təqdim olunan alkoqolsuz içkilər daha çox diqqət tələb edir. Mütəxəssis bildirib ki, bu məhsulların bir çoxunda istifadə olunan aspartam adlı süni dadlandırıcı həddindən artıq qəbul edildikdə qaraciyər xərçəngi riskini artıra bilər.

Urizar vurğulayıb ki, risk içkinin nə qədər və hansı tezliklə qəbul edilməsindən asılıdır. O qeyd edib ki, belə məhsulların bir dəfə istifadəsi ciddi təhlükə yaratmır, lakin uzun müddət və həddindən artıq istehlak sağlamlığa mənfi təsir göstərə bilər.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью