Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dənizkənarı Bulvar İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Flora Holland” MMC (VÖEN: 1405674931) olub.
Yeniavaz.com xəbər verir ki, Bulvar İdarəsi tenderin qalibi olan şirkətdən 79 min 384 manat 50 qəpik dəyərində zanbaq (tülpan) soğanaqları alacaq.
Qeyd edək ki, Bulvar İdarəsinin satın alacağı zanbaq soğanaqlarının ümumi sayı 97 min 500 ədəd olacaq.
Onu da bildirək ki, nizamnamə kapitalı cəmi 20 manat olan “Flora Holland” MMC-nin qanuni təmsilçisi Seyidzadə Rəhim Vaqif oğludur. MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb.
Elnur Əli