Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran Prezidenti Məsud Pezeşkian İordaniyadakı ABŞ bazasına zərbələrdə Çinin peyk görüntülərindən istifadə olunmasına dair iddialara münasibət bildirib.
Pezeşkian bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
O, jurnalistin müvafiq sualına cavab verib. Pezeşkian belə bir şeydən xəbərinin olmadığını qeyd edib.
"Mənim bəhs etdiyiniz bu iddia edilən görüntülərdən xüsusi olaraq xəbərim yoxdur", – İran Prezidenti deyib.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 17-də İordaniyadakı Amerika hərbi obyektlərinə endirilən zərbələr nəticəsində iki hərbçinin həlak oluduğunu açıqlayıb. /"Report"