Bu ideya Cənubi Qafqazın yeganə reseptidir Mövqe | Icma.az
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri Qafqaz ölkələri arasında qarşılıqlı etimada, mehriban qonşuluq münasibətlərinə əsaslanan sıx əməkdaşlıq formatının yaranması olub və bu istiqamətdə ardıcıl siyasətini həyata keçirib.
Ancaq təəssüflə qeyd etmək lazımdır ki, uzun illər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti bu ideyanın reallaşmasına imkan verməyib.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yartadığı yeni reallıqlara uyğun olaraq bölgədə dayanıqlı sülhə, sabitliyə əsaslanan sıx inteqrasiya olunmuş əmədkaşlıq formatının reallaşması istiqamətindəki siyasətini həyata keçirmək üçün aktiv siyasət yürtüməkdədir.
Məhz bu səbəbdən də Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün ən praqmatik ideyalar Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur”.
Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Deputat bildirib ki, Azərbaycan bu istiqamətdə Gürcüstanla çox sıx əməkdaşlıq etməkdədir.
“Lakin bununla paralel olaraq Ermənistanla da münasibətlərin qurulması və etimad mühtinin yaranması istiqamətində ilkin addımlar atılmaqdadır.
Tam oxu
Xəbəri oxu