Bu idmançımıza vəzifə VERİLDİ KONKRET

12.09.2025

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Tokio Olimpiadasının bürünc medalçısı, 2 qat dünya və 3 qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi və Avropa Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov Azərbaycan Güləş Federasiyasında (AGF) koordinator təyin edilib.

KONKRET.az xəbər verir ki, bu barədə AGF-nin Mətbuat Xidmətindən məlumat verilib.

AGF ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə ona təşəkkürünü bildirib.

Rafiq Hüseynov bundan sonra AGF-də yunan-Roma güləşi üzrə koordinator vəzifəsini yerinə yetirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью