Bu idmançıya cəngavər rütbəsi verildi | Icma.az
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərənin futbol üzrə millisinin keçmiş baş məşqçisi Qaret Sautqeytə cənagavər rütbəsi verilib.
Sfera.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Kral Çarlz yeni il münasibətilə siyasi, idman, yaradıcılıq və ya ictimai fəaliyyətə əhəmiyyətli töhfə verən xeyli sayda insanla birgə mütəxəssisi də mükafatlandırıb.
Qeyd edək ki, Q.Sautqeyt son 8 il ərzində İngiltərə millisinin baş məşqçisi olub. AVRO-2024-dən sonra o postundan istefa verib.
Yığma məşqçinin rəhbərliyi altında 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında 4-cü yeri tutub, həmçinin iki dəfə (2021, 2024) Avropa çempionatının finalına çıxıb.
İngiltərə millisi mütəxəssisin rəhbərliyi altında 102 oyunda 61 qələbə qazanıb, 24 heç-heçə edib və 17 dəfə məğlub olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu