Bu iki Avropa ölkəsi birləşə bilər Mindən çox vətəndaş SƏS VERDİ

21.08.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Moldovalıların mütləq əksəriyyəti Rumıniya ilə birləşməyə qarşıdır”. 

Globalinfo.az xəbər verir ki, bunu iData-nın həyata keçirdiyi sorğunun nəticələri sübut edir.

Respondentlərin 61,5%-i Rumıniya ilə birləşmənin əleyhinə, 31%-i isə bu ideyanın leyhinədir.

Bununla yanaşı, respondentlərin yarıdan çoxu (57,1%) Moldovanın Aİ-yə qoşulmasının lehinə, 36,2 faizi isə əleyhinə olduğunu bildirib.

Respondentlərin 60%-ə yaxını ölkənin NATO-ya daxil olmasının əleyhinə, 30,8%-i isə lehinə olub.

iData sorğusu 2025-ci il avqustun 7-dən 16-dək kompüter dəstəkli şəxsi müsahibə metodundan istifadə edilməklə 1071 respondent arasında aparılıb. Maksimum səhv 2,9% təşkil edir və tədqiqata 89 yaşayış məntəqəsinin sakinləri daxil edilib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью